"Gürcü Arzusunun" seçkiqabağı kampaniysı - Marneulidə merliyə namizəd olaraq Kənan Ömərovu təqdim ediblər
Bu gün, 10 avqust tarixində "Gürcü Arzusu" Marneulidə merliyə namizəd olaraq Kənan Ömərovu təqdim edib. Kənan Ömərov illər ərzində, Təhsil Resurs Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. O, bir neçə ay əvvəl merin müavini vəzifəsinə təyin edilib. Onun təqdimatı Marneulidə, "Yenə də böyüyəcəklər" abidəsinin ərazisində keçirilib. Ömərov iştirakçılar qarşısında çıxış edərək gürcü, azərbaycan dilində onlra müraciət edib.

"Əziz Marneulilər, cənab Baş Nazir, Parlament sədri və dəyərli qonaqlar hər birinizi salamlayıram. İlk növbədə, mənə etimad göstərib və yerli özünüidarəetmə seçkilərində məni Marneuli Merliyinə namizəd təqdim etdikləri üçün ,, Gürcü Arzusu" komandasına ürəkdən təşəkkürümü bildirirəm. Bu fakt mənim üçün həm böyük şərəfdir və eyni zamanda böyük məsuliyyətdir. Marneuli mənim doğma şəhərimdir, burada doğulub böyümüşəm, təhsil aldıqdan və iş təcrübəsi topladıqdan sonra da bu şəhərə və şəhərdə yaşayan çalışqan və vətənpərvər insanlara xidmət edirəm.

Bu şəhər zəhmətkeş insanları ilə məşhurdur. Marneuli, fərqli etnik və dini kimliklərə sahib insanların sülh içində bir arada yaşadıqları və qarşılıqlı hörmət və həmrəyliklə çalışdıqları, Gürcüstanın iqtisadiyyatı üçün əhəmiyyətli bir şəhərdir. Qarşıdakı yerli özünüidarəetmə seçkilərində Marneulinin düzgün inkişafına, və həm mövcud problemləri, həm də onların həlli yollarını bilən bir insana ehtiyacı var.
Şəxsən mən artıq yarım ildir ki, Marneuli Merinin müaviniyəm və Marneuli sakinlərinin üzləşdiyi bütün problemlərlə və ya çətinliklərlə tanış olmuşam. Bu dövr mənim üçün həm də infrastruktur, təhsil, kənd təsərrüfatı, iqtisadi inkişaf və ya digər sahələrdə həyata keçirilməsi planlaşdırılan layihələrlə tam tanış olmaq istiqamətində vacib idi.

Əminəm ki, Marneuli xalqı düzgün seçim edəcək, mənə dəstək olaraq şəhəri idarə etməyi mənə etibar edəcəksiniz, bu isə davam edən bütün layihələrin mükəmməl şəkildə tamamlanacağına və daha böyük miqyaslı layihələr həyata keçirəcəyimizə zəmanət verəcək. Ən əsası, sizlər, ,, Gürcü Arzusunun" nümayəndəsini, yəni hakimiyyətə gəldiyi gündən bölgələrin inkişafina qayğı göstərməyi özünün ən əsas prioritetlərindən biri edən komandanın nümayəndəsini seçirsiniz. Bu səbəbdən sizi dəstək və bir yerdə olmağa çağırırıq, çünki bu bələdiyyənin inkişafi hər birimizin borcudur!

Biz mütləq qalib gələcəyik! Marneuli qalib gələcək!"


Ömərovun təqdimatında Baş-nazir və Parlamentin sədri Kaxa Kuçava iştiral edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია