Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı məlum oldu
Gürcüstanda son sutkada daha 663 nəfərə koronavirus diaqnozu qoyulub, 27 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 607 155-ə, ölənlərin sayı isə 8 844-ə çatıb.

Ötən 24 saat ərzində 2 383, ümumilikdə isə 578 881 nəfər müalicə olunaraq sağalıb.





Print ელ. ფოსტა
FaceBook Twitter Google