Kaladze - 41%, Melia - 36%, Qaxariya - 13% - "Mtavari Arxi" telekanalının sifarişi ilə keçirilən sorğu
"Mtavari Arxi" telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, Tbilisi mer seçkilərinin taleyi ikinci turda həll olunacaq.

Sabah yerli seçkilər keçirilsə idi, hansı Tbilisi merinin namizədinə səs verərdiniz? - "İPSOS" tərəfindən həyata keçirilən sorğunun nəticələri belədir:

Kaxi Kaladze - 41%
Nika Melia - 36%
Qiorqi Qaxaria - 13%
Ana Dolidze - 4%
Ana Bibilaşvili - 2%
Digər namizədlər - 4%.


Araşdırma "Mtavari Arxı" telekanalı tərəfindən sifariş edilib. Telekanalın məlumatına görə, 21-25 sentyabr tarixləri arasında üzbə-üz təsadüfi seçilmiş 1 500 respondentdən müsahibə alınıb. Sorğunun yanılma payı 3%-dir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია