Vətən müharibəsindəki təcrübəmiz Gürcüstan üçün əhəmiyyətlidir – Azərbaycan səfirliyi
"Vətən müharibəsi günlərində Gürcüstan Azərbaycana rəğbət və mənəvi dəstək nümayiş etdirib".

Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Anım Gününə həsr olunan mərasimdə çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın zəfər yolunda qazanılan təcrübəsi Gürcüstan dövləti və cəmiyyəti üçün əhəmiyyət kəsb edir.

Diplomat müharibənin gedişi zamanı həqiqətləri ölkə ictimaiyyətinə çatdıran və işğaldan azad olunan rayonlara səfər edən gürcü jurnalist və ekspertlərə minnətdarlıq bildirib. O, Gürcüstanın mətbuat nümayəndələri və ziyalılara həmrəyliyə görə təşəkkür edib.

E.Bayramov qeyd edib ki, Azərbaycanın işğala son qoyması bölgədə yeni reallıqlar yaranıb və bütün dünya bununla hesablaşmalıdır: "Cənubi Qafqazda sülh və dinc şəraitdə birgə yaşayışa alternativ yoxdur".

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია