Gürcüstan və Azərbaycan prokurorluqları arasında əməkdaşlıq daha da güclənəcək – İrakli Şotadze
“Gürcüstan və Azərbaycan arasında sıx, dost və işgüzar münasibətlər var və ədliyyə sahəsində də əməkdaşlıq çox vacibdir”.

Bunu Gürcüstanın Baş prokuroru İrakli Şotadze azərbaycanlı həmkarı Kamran Əliyevlə görüşdən sonra deyib.

Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, İ.Şotadze Azərbaycanla hüquqi sahədə səmərəli əməkdaşlığın olduğunu bildirib.

O, Azərbaycanın Gürcüstan üçün əsas strateji tərəfdaşlardan biri olduğunu deyib: “Bu gün pulların yuyulması, korrupsiya, ailə zorakılığı və digər ağır cinayətlərə qarşı mübarizə məsələlərini müzakirə etdik. İkitərəfli əməkdaşlığa dair memorandumun imzalanması da mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, Azərbaycan və Gürcüstanın Baş prokurorluqları arasında cinayət hüququ sahəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək”.

Mənbə: report.az
Print