Bu ilin sentyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin
sayı 8 726 nəfər təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında
bildirilib.
Sənədə əsasən, illik müqayisədə ziyarətçilərin sayı 4 762 nəfər və
yaxud 2,2 dəfə artıb.
Yanvar-sentyabr aylarında isə Gürcüstan Azərbaycandan 57 509 nəfər
ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 225
842 nəfər və yaxud 79,6 % azdır.
Sentyabrda Gürcüstana 226 662, ilk doqquz ayda isə 1 188 234 nəfər
beynəlxalq ziyarətçi (-13,2 %) yollanıb.
Mənbə: report.az