NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Xavyer Kolomina Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatda
deyilir.
Qeyd olunub ki, səfər 19 oktyabrda baş tutacaq və bir gün davam
edəcək.
“Avropa ilə inteqrasiya komitəsinin sədri Maka
Boçorişvili və komitə sədrinin birinci müavini Levan Karumidze
Brüsselə səfəri zamanı NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi
Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüblər.
Xatırladaq ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya
üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilk səfərini oktyabrın
19-20-də Gürcüstana edəcək ”, - deyə məlumatda
bildirilib.
Mənbə: report.az