Feysbuk şirkəti gələn həftə adını dəyişdirməyi planlaşdırır.
Bu barədə “Verge” portalı mənbəyə istinadən xəbər verir.
"Facebook" “metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün
gələn həftə adını dəyişdirməyi planlaşdırır", -
portalın saytında deyilir.
Feysbukun rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər
mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq
peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət
obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan
insanlara böyük imkanlar verəcək.
İyulda Mark Zukerberqin virtual dünya hazırlamaq planlarının
ciddiləşdiyi məlum olub. Qeyd edilir ki, istifadəçilər bu dünyada
bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə
biləcəklər. Şirkət layihə ilə məşğul olacaq komandanı da elan edib,
yeni mühəndislərin cəlb olunduğunu açıqlayıb. Avqustda feysbuk,
videokonfrans və ya "Oculus VR" qulaqlıqdan istifadə etməklə
bağlana bilən virtual “Horrison Workrooms”u təqdim edib.
Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19
yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir
müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə
çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi
Ginnesin "Rekordlar" kitabına da düşüb.
Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir.
Feysbuk messencer, vatsap və instaqram xidmətlərinə də
sahibdir.