Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının
keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə
Bakıdan İrəvana yola düşüb.
Bu barədə “Caliber”in teleqram səhifəsi xəbər verir.
Məlumata görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən
saxlanılan beş erməni hərbçini ölkələrinə aparıb.
“Caliber”ə görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır
cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir:
"Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan
ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərdə saxlanılan diversiya
qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç
şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır.
Hərçənd, onlara daha ağır cəza verilə bilərdi. Ümumilikdə, hadisəyə
Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin
tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı".