Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk
fotosu çəkilib.
O, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin
dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.
M.Saakaşvili türmə kamerasından tərəfdarlarına
“Siz çox
güclüsünüz” sözləri ilə təşəkkür edib.
Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə
tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə
alıblar.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O,
artıq 21-ci gündür aclıq aksiyası keçirir.