Gürcüstanda ötən sutkada koronavirusa 4 155 yeni yoluxma halı təsdiqlənib
Gürcüstanda ötən sutkada koronavirusa 4 155 yeni yoluxma faktı
təsdiqlənib, 2 507 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent
vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyasına 684 337 nəfərin
yoluxduğu müəyyən edilib. Onların 624 688-i sağalıb, 9 657-si isə
ölüb.