Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak almasına
qadağanın qoyulması təklif olunur.
Bu barədə yerli “BusinessPressNews” nəşri yazıb.
Müvafiq təkliflə qanunverici orqana Gürcüstan vətəndaşı Mamuka
Qvadzabiya müraciət edib. Onun sözlərinə görə, Rusiya Gürcüstan
ərazilərini işğal altında saxladıqca bu ölkənin vətəndaşlarının
Gürcüstanda daşınmaz əmlak alması/qeydiyyatı qadağan
edilməlidir.
Parlament bürosunun qərarı ilə Prosedur məsələlər və qaydalar
Komitəsinə qanunvericilik təşəbbüsünü nəzərdən keçirmək tapşırılıb.
Bundan sonra büro məsələ ilə bağlı qərarını açıqlayacaq.
Nəşrdə qeyd olunub ki, son illər ərzində Rusiya vətəndaşlarının
Gürcüstanda əldə etdiyi daşınmaz əmlakların sayı barədə dəqiq
məlumat yoxdur. Lakin 2019-cu ilin məlumatına əsasən, Gürcüstanda
son 4 il ərzində xarici ölkə vətəndaşlarının qeydiyyata aldığı
daşınmaz əmlakların 40 %-i Rusiya vətəndaşlarının payına düşür.
Mənbə: report.az