Gürcüstanda koronavirusdan 9 uşaq ölüb
“Gürcüstanda koronavirusa yoluxanların 15 %-ni yeniyetmələr təşkil edir”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyası 18 yaşadək olan 103 927 uşaq və yeniyetmədə aşkarlanıb: “Onların 6 979-u xəstəxanaya yerləşdirilib və təəssüflər olsun ki, uşaqlar arasında 9 ölüm faktı qeydə alınıb. Üç körpəni saymasaq, bütün digər hallarda müşayiətedici ağır genetik xəstəliklər olub”.

Qeyd edək ki, Gürcüstanda indiyədək koronavirus 698 944 nəfərdə aşkarlanıb. Onların 639 564-ü sağalıb, 9 831-i isə vəfat edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google