İstintaq Xidmətinin məlumatına görə, saxta kovid pasportları ilə bağlı iş açılıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətindən verilən məlumata görə, kovid pasportların və koronavirus laboratoriya testinin mənfi nəticələrini əks etdirən saxta sənədlərin hazırlanması və istifadəsi faktları aşkar edilib.

Qurumdan verilən məlumata görə, 9 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan biri həbs edilib.

Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxslər saxta "COVID-19" pasportu və saxta "PCR" testinin nəticələrini hazırlayaraq 70 avroya satıblar.

“Aparılmış istintaq hərəkətləri nəticəsində qeyd olunan saxta sənəd və möhürlər, həmçinin, saxta pasportlar və onların hazırlanmasında istifadə olunan kompüter avadanlığı götürülüb”, -
deyə qurumdan bildirilib.

İstintaq Xidmətinin məlumatına görə, həmçinin, İmereti bölgəsində dövlət sərhədini keçərkən saxta koronavirus "PCR" laboratoriya test kağızlarını alıb istifadə edən 8 nəfər müəyyən edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 3 ilə qədər həbsi nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google