Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizə
İdarəsinin əməkdaşları Gürcüstanın ərazi sularında Çinin bayrağı
altında üzən
“HONG FA SHANG HAI” quru yük gəmisini sərhəd qaydalarını pozduğuna
görə saxlayıb. Məlumatı qurumun mətbuat xidməti yayıb.
"Sərhəd Polisinin Əməliyyat-İstintaq Baş İdarəsinin
əməkdaşları tərəfindən Çin vətəndaşı olan kapitana qarşı gəmiçilik
qaydalarını pozduğuna görə Gürcüstan Cinayət Məcəlləsinin 114-cü
maddəsinin 1-ci hissəsinin “t” bəndinə əsasən iş açılıb.
Gəminin kapitanı 50.000 lari cərimə olunub. Cərimə ödənildikdən
sonra gəmiyə sərbəst üzmək icazəsi verilib", - deyə
qurumdan məlumat verilib.