Rusiyada məşhur tibb müəssisəsi “Omikron”a görə ÜST-ü məhkəməyə verdi
Rusiyada Sibir oftalmoloji klinikalar şəbəkəsinin sahibi Aleksandr Padar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə verib və ona koronavirusun yeni ştammını ifadə etmək üçün “Omikron” sözündən istifadənin qadağan edilməsini tələb edib.

Klinikanın təsisçisinin sözlərinə görə, tibb müəssisəsinin adı qeydiyyatdan keçmiş ticarət nişanıdır və COVID-19 ştammı ilə assosiasiya klinikanın işgüzar nüfuzuna xələl gətirir.

“Bir özünüz düşünün, əgər kimsə “Omikron”dan ölürsə - qohumunuz və ya dostunuz - o zaman çətin ki, eyni adlı klinikaya müraciət etməli olarsınız”, - deyə Padar bildirib.

İlk “Omikron” klinikasının açılışı 2015-ci ildə Novokuznetskdə baş tutub. Hazırda tibb müəssisəsi Rusiyanın 11 şəhərində fəaliyyət göstərir.



Mənbə: oxu.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია