10 dekabr tarixinədək olan hava məlumatı
Dekabrın 9-dək Gürcüstanda nisbətən isti və əsasən yağmursuz hava
şəraiti davam edəcək.
Qərbi Gürcüstanda havanın temperaturunun +19, +24, Şərqi
Gürcüstanda +12, +17 olacağı gözlənilir.
Dekabrın 9-da yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı
gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu +11, +16 dərəcəyə
enəcək. Dekabrın 10-dan yenidən havalar düzələcək, istiləşəcək.
Dekabrın 9-dək Tbilisidə yağıntı olacağı gözlənilmir. Dekabrın 9-da
az yağış yağacağı ehtimalı var. Havanın temperaturu +13, +15 dərəcə
təşkil edəcək.