Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili dövlət
müfəttişinin qərarına münasibət bildirib.
Mixeil Saakaşvilinin Facebook səhifəsində yazdığı kimi, Gürcüstanda
ən azı 2 müstəqil dövlət qurumu var - Xalq Müdafiəçisi və Dövlət
Müfəttişi formasında.
“Dövlət müfəttişinin hüquqlarımın pozulmasının müəyyən
edilməsi və Ədliyyə Nazirliyi tərəfindən bundan sonra belə
hərəkətlərin qadağan edilməsi barədə qərarını alqışlayıram. Bu o
deməkdir ki, Gürcüstanda ən azı 2 müstəqil dövlət qurumu var - Xalq
Müdafiəçisi və Dövlət Müfəttişi formasında. Maraqlıdır ki, hər
ikisinə qadınlar rəhbərlik edir. Mən onu da bilirəm ki, bir çox
müxtəlif dövlət orqanlarında çoxlu layiqli və vətənpərvər
vətəndaşlar var və mən onlardan ədalətsiz faktlara qarşı ədalətli
mövqe tutacaqlarını gözləyirəm", - deyə Saakaşvili
yazıb.
Məlumat üçün bildirək ki, Dövlət Müfəttişliyi Gürcüstanın üçüncü
prezidenti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması
ilə bağlı araşdırmanı başa çatdırıb və müəyyən edib ki, Ədliyyə
Nazirliyi və Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatlar haqqında”
qanunu pozaraq məlumatları açıqlayıb. Dövlət müfəttişi Ədliyyə
Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb
edib. O cümlədən, hər iki qurum ümumilikdə 2500 lari məbləğində
cərimələnib.