Gürcüstanın paytaxtı Tbilisidə basketbol üzrə Avropa çempionatının
oyunlarının keçirilməsi üçün beynəlxalq standartlara uyğun yeni
idman sarayı inşa olunur.
Bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında açıqlama
verib.
“Bu il basketbol üzrə Avropa çempionatına Köln, Praqa
və Milan şəhərləri ilə yanaşı, Gürcüstanın paytaxtı Tbilisi də ev
sahibliyi edəcək” deyən İ.Qaribaşvilinin sözlərinə görə, Tbilisidə
çempionatın A qrupu üzrə matçları sentyabrın 1-dən 18-dək
keçiriləcək: “Oyunlarda Gürcüstan yığması ilə yanaşı, İspaniya,
Rusiya, Türkiyə, Belçika və Bolqarıstanın milli komandaları da
iştirak edəcəklər”.
Qeyd edək ki, Almaniya, Fransa, Sloveniya, Litva, Macarıstan,
Bosniya və Herseqovina B, İtaliya, Yunanıstan, Xorvatiya, Ukrayna,
Estoniya və Böyük Britaniya C, Çexiya, Serbiya, Finlandiya, Polşa,
İsrail və Niderland D qrupunda yer alıb.