Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, bu gün
hökumətin iclasında terrorla mübarizə üzrə milli strategiya və
fəaliyyət planı haqqında sənəd təsdiq olunacaq.
Baş nazirin sözlərinə görə, məsələ Dövlət Təhlükəsizliyi Xidmətinin
rəhbəri tərəfindən hökumətə təqdim olunacaq. Onun sözlərinə görə,
sənədin hazırlanmasında Gürcüstan hökuməti tərəfindən yaradılmış
Terrorla Mübarizə üzrə İdarələrarası Daimi Komissiyanın bütün üzv
qurumları iştirak edib.
“Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri terrorla mübarizə
üzrə milli strategiyanın və fəaliyyət planının təsdiq edilməsi
məsələsini qaldırır. Bu sənədin məqsədi dövləti və cəmiyyəti
terrorizm və zorakı ekstremizmin yaratdığı təhlükələrdən
qorumaqdır. Gürcüstan hökuməti tərəfindən yaradılmış Terrorla
Mübarizə üzrə İdarələrarası Daimi Komissiyanın bütün üzv qurumları
strategiyanın və onun fəaliyyət planının hazırlanması prosesinə
cəlb olunub və bu gün biz bu sənədi təsdiq edəcəyik”,
- deyə baş nazir bildirib.