Marneulidə bir həftə ərzində koronavirusa 119 yoluxma qeydə alınıb
Marneuli bələdiyyəsində koronavirusa yoluxma halları artıb. Marneuli İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, son bir həftə ərzində koronavirusa 119 yoluxma qeydə alınıb.

“17 yanvar tarixindən bu günə qədər ümumilikdə 119 yoluxma qeydə alınıb. Bizim mərkəzin nəzarətə götürdüyü xəstələr arasında ölüm halları qeydə alınmayıb”, – Marneuli İctimai Səhiyyə Mərkəzindən bildirdilər.

Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, peyvənd prosesi fəal olaraq aparılır və 17 yanvardan bu günə qədər 1420 nəfər koronavirusa qarşı peyvənd vurdurub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google