Bayden ABŞ-ın “Əl-Qaidə” liderinin məhv edilməsi əməliyyatını yüksək qiymətləndirib
ABŞ prezidenti Cozef Bayden “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirinin məhv edilməsi əməliyyatının bütün aspektlərdə uğurlu olduğunu bildirib.

Bu barədə “TASS” xəbər verir. O qeyd edib ki, terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.

Mənbə: İnterPressNews
Print