Rusiya XİN başçısı Pelosinin Tayvana səfərinə münasibət bildirib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə münasibət bildirib.

TASS xəbər verir ki, o, bu məsələdə Vaşinqtonu tənqid edib.

"Pelosinin Tayvana səfəri ABŞ-ın öz cəzasızlığını hamıya sübut etmək istəyini əks etdirir. ABŞ-ın nəyə güvəndiyini deyə bilmərəm. Lakin Vaşinqtonun Ukraynadakı xəttini davam etdirdiyinə şübhə etmirəm", -
S.Lavrov əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN yaydığı bəyanatda ABŞ-ın addımlarını təxribat xarakterli hadisə kimi qiymətləndirib.

Mənbə: İnterPressNews
Print