“Gürcüstan liderləri və bütün gürcülər Avropa İttifaqının 12
tövsiyəsinə diqqət yetirməlidirlər.
Bir ölkənin bu 12 tövsiyənin necə həll olunacağına dair fərqli
fikirlərə sahib olmaq üçün çox normal bir proses aparmaq üçün
kifayət qədər imkan var. Bu, Avropa İttifaqına çox güclü siqnal
verəcək”, - ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.
Onun sözlərinə görə, 12 tövsiyə ilə bağlı müxtəlif fikirləri
birləşdirmək vacibdir.
“12 tövsiyənin necə həyata keçirilməsi ilə bağlı yaxşı iş gedir,
indi vəzifə bu fikirləri Gürcüstanın müxtəlif fikirlərinin təmsil
olunacağı vahid sənəddə toplamaqdan ibarətdir. Aİ bu səslərin
birliyini, bir çox səsin birləşdiriləcəyi 12 tövsiyəyə qəti cavabı
görmək istəyir”, - səfir qeyd edib.
Tbilisidə keçirilən “Ukraynaya şöhrət” beynəlxalq konfransının
iştirakçılarının Gürcüstanın düşmənləri olması ilə bağlı Gürcüstan
hökuməti nümayəndələrinin şərhlərini necə qiymətləndirirsiniz
sualına səfir cavab verib ki, sözügedən konfrans qarşılıqlı fikir
mübadiləsi üçün çox yaxşı vasitədir.
“ABŞ inklüziv dialoqun tərəfdarıdır və biz hesab edirik ki, bu çox
zəruri bir şeydir. Bu konfrans fikir mübadiləsi aparmaq üçün bir
fürsətdir. Builki konfransda Ukrayna mövzusu, Rusiyanın Ukraynaya
təcavüzü və bu müharibənin region üçün nə demək olduğu müzakirə
olunur. Bu konfrans həm də sülhə necə nail olmaq, regionun
sabitliyini və Gürcüstanın çiçəklənməsini və onun demokratik
inkişafının necə yaxşılaşdırılması barədə fikir mübadiləsi aparmaq
imkanıdır”, - səfir qeyd edib.