“Ermənistan öz müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü bütün
mümkün yollarla müdafiə edəcək. Azərbaycan ordusu Ermənistan
Respublikasının işğal olunmuş ərazilərindən çıxmalıdır”, - Nikol
Paşinyanın rəhbərlik etdiyi Ermənistan Təhlükəsizlik Şurasının
sentyabrın 19-da bəyanatında deyilir.
Təhlükəsizlik Şurasının fikrincə, “Azərbaycanın təcavüzkar
siyasəti regionda sülhün bərqərar edilməsi, regional
kommunikasiyaların açılması, Dağlıq Qarabağ probleminin hərtərəfli
həlli, Ermənistanın problemi zorakılıq yolu ilə həll etməyə məcbur
edilməsi səylərinə qarşı yönəlib. Azərbaycanın təhdid və məcburetmə
siyasəti qəbuledilməzdir. Biz beynəlxalq ictimaiyyəti işğalı
dayandırmaq üçün Azərbaycana daimi təzyiq göstərməyə
çağırırıq”, - Təhlükəsizlik Şurasının bəyanatında
deyilir.
Ermənistan-Azərbaycan sərhədində tərəflər arasında qarşıdurma
sentyabrın 13-də başlayıb. Ermənistana görə, Azərbaycan onların
ərazisini bombalayıb, müəyyən yüksəklikləri işğal edib. Bundan
başqa, Ermənistan tərəfinin məlumatına görə, toqquşmalar
nəticəsində həlak olan və itkin düşən əsgərlərin sayı 207-yə çatır.
Həmçinin 200-dən çox yaralı var.
Azərbaycan tərəfi hərbi toqquşmanın Ermənistanın təxribatı
nəticəsində baş verdiyini iddia edir.
Ermənistan tərəfinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarında
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş
keçirilib və tərəflər öz mövqelərini təqdim ediblər.
Mənbə:
Netgazeti