Bu il yanvarın 1-dən bu günə qədər 10 nəfər CO-dan zəhərlənmə
nəticəsində dünyasını dəyişib, 51 nəfər zəhərlənib
- ölən və zəhərlənənlərin 90 faizi kirayədə və girovda olan
mənzillərdə yaşayırdı. Bu barədə “Tbilisi Energy” qazpaylayıcı
şirkətinin texniki direktorunun müavini Qiorqi Lepsveridze məlumat
verib.
O, vətəndaşları mənzili icarəyə götürməzdən və ya girov qoymazdan
əvvəl “Tbilisi Energy” ilə əlaqə
saxlamağa çağırıb və şirkətin
əməkdaşları mənzili tamamilə pulsuz yoxlayacaqlar.
“Bu il zəhərlənən və ölən abonentlərin 90%-i kirayədə
və girovda olan mənzillərdə yaşayıb. Buna uyğun olaraq sakinlərə və
abonentlərə xatırlatmaq istərdim ki, əgər siz mənzili icarəyə
götürmək və ya girov qoymaq qərarına gəlsəniz, kirayə/ipoteka
qoymazdan əvvəl bizimlə əlaqə saxlamalısınız. 240 40 04 - bu
şirkətimizin qaynar xəttidir, yoxlanılmaq üçün müraciət edin və
mütəxəssislərimiz 24 saat ərzində qeyd olunan mənzilə gəlib,
yoxlayıb sizə göstəriş verəcək, düzəldiləcək nəsə varsa, müvafiq
aktla düzəldəcəklər", - "Kvira" mətbuat klubunda
keçirilən mətbuat konfransında Qiorqi Lepsveridze bildirib.