Milli Ekologiya Agentliyinin məlumatına görə, sentyabrın 22-dən
25-i səhərədək Gürcüstanın əksər rayonlarında fasilələrlə yağış
yağacağı,
bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.
Məlumata görə, həmçinin dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə
2-3 bal gücündə tufan olacağı ehtimalı var.
"Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında
(xüsusilə Qərbi Gürcüstanda) suyun səviyyəsinin əhəmiyyətli
dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə
sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola
bilər", - Milli Ətraf Mühit Agentliyi bildirib.