Ukraynanın azad olunmuş İzyum şəhərində daha iki kütləvi məzarlıq
tapılıb.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına
müsahibəsində bildirib.
“Bu gün mən əlavə məlumat aldım. Yüzlərlə insanın
olduğu daha iki kütləvi məzarlıq tapıldı. Söhbət kiçik İzyum
şəhərindən gedir, bilirsinizmi? Kiçik şəhərdə daha iki kütləvi
məzarlıq var. Bəli. Bu baş verib!”, - deyə Zelenski
bildirib.
Zelenski
Rusiyaya qarşı sanksiyaları ədalətli adlandırıb və bunu
davam etdirilməsini istəyib.
Xatırladaq ki, aprel ayından Rusiya qüvvələrinin nəzarətində olan
İzyum şəhəri sentyabrın 10-da Ukrayna orusu tərəfindən geri
alınıb.