13 yaşlı nəvəsinə qarşı seksual hərəkətlərdə ittiham olunan baba saxlanılıb
Şida Kartlidə bir kişi azyaşlı ailə üzvünə qarşı seksual hərəkətlər etməkdə ittiham edilərək saxlanılıb.

Hadisə Şida Kartli bələdiyyələrindən birinin kəndində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın babasını, yaşı 50-dən yuxarı olan kişini 13 yaşlı yeniyetməyə qarşı cinsi təcavüzdə ittiham edərək saxlayıblar.

Daxili İşlər Nazirliyindən “İnterpress News”a verilən məlumata görə, qeyd edilən faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 138-ci maddəsinin 4-cü hissəsi, yəni əvvəllər cinsi xarakterli əməllər törətmə ilə bağlı istintaq aparılır.

Artıq saxlanılan şəxs barəsində rəsmi ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Nəvəsinə qarşı cinsi zorakılıq ittihamı ilə saxlanılan şəxsin yaxınlarının verdiyi məlumata görə, kişi təqsirini boynuna almır.

Print ელ. ფოსტა
თეგები: #georgia #police
FaceBook Twitter Google