Belarus prezidenti Aleksandr Lukaşenko Abxaziyaya səfər edib
İşğal olunmuş Abxaziyanın qondarma prezidenti Aslan Bjania Bişvintada Belarus prezidenti Aleksandr Lukaşenka ilə görüşüb. Məlumatı “Exo Kavkaz” yayıb.

Bjania görüşdə bildirib ki, Lukaşenko Abxaziya üçün "uzun müddətdir ki, gözlənilən çox xoş qonaqdır". Onun sözlərinə görə, 1996-cı ilin yanvarında MDB sammitində məhz Lukaşenko Abxaziyanın müharibədən sonrakı iqtisadi blokadasına qarşı çıxış edib.

Bjania Lukaşenkoya səfərinə görə təşəkkür edib və bu səfərin Belarus və işğal olunmuş Abxaziya arasında münasibətləri dərinləşdirəcəyinə ümid etdiyini bildirib.

“Mən yəqin ki, 25-27 yaşım olanda bu müqəddəs torpaqda olmuşam. Təbii ki, prezident kimi yox, adi bir insan, millət vəkili kimi. Dünən biz böyük qardaşımız Vladimir Putinlə Abxaziyanın problemlərini müzakirə etdik. Biz bu məsələlərlə bağlı gecəyə qədər çox müzakirə etdik və belə qənaətə gəldik ki, Abxaziya tərk edilməməlidir, burada yaşayan insanların normal yaşaya bilməsi üçün ona kömək lazımdır”, - Aleksandr Lukaşenko bildirib.

“Exo Kavkaz”ın məlumatına görə, Belarus lideri Bjaniaya münasibətlərin necə möhkəmləndirilməsini müzakirə etməyi təklif edib. Nəşrin məlumatına görə, onun işğal olunmuş Abxaziyanın və işğal olunmuş Cənubi Osetiyanın müstəqilliyini tanımaq niyyətində olub-olmaması barədə məlumat yoxdur.

Mənbə: Publika
Print ელ. ფოსტა
თეგები: #belarusiya #georgia
FaceBook Twitter Google