Miqrantı qanunsuz yolla Gürcüstan-Türkiyə sərhədindən keçirmək istəyən 3 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları Acarıstan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində iki Gürcüstan vətəndaşını - Q.Q. və 1993-cü il təvəllüdlü K.S., həmçinin bir Türkiyə vətəndaşı - 1977-ci il təvəllüdlü İ.F. saxlanılıb.


“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Türkiyə vətəndaşı H.Q.-nin idarə etdiyi yük avtomobilindəki gizləndiyi yerdə Gürcüstan-Türkiyə dövlət sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsindən keçməklə, miqrant Suriya Ərəb Respublikasının vətəndaşı M.A.-nı qeyri-qanuni yolla keçirməyə cəhd edib”,
– sərhəd polisinin yaydığı məlumatda qeyd olunur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-Prima maddəsi ilə aparılır. Cinayət iki ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mənbə: Publika
Print ელ. ფოსტა
თეგები: #georgia #police
FaceBook Twitter Google