Prokurorluğun məlumatına görə, İvane Cavaxişvili adına Tbilisi
Dövlət Universitetinin (TDU) mühasibi və onunla əlaqəli şəxs külli
miqdarda vəsaiti mənimsəməkdə ittiham edilərək həbs edilib.
Qurumdan verilən məlumata görə, bu işlə bağlı Dövlət Audit Xidməti
və universitetin daxili auditi əsasında araşdırmalara
başlanılıb.
İş üzrə əldə edilmiş sübutlarla müəyyən edilib ki, Tbilisi Dövlət
Universitetinin keçmiş mühasibi bu vəzifədə işləyərkən öz xidməti
statusundan istifadə edərək, universitetin hesabından külli
miqdarda 165.000 lari pul köçürərək bank hesablarına
mənimsəyib.
İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslə cinayət
əlaqəsində olan şəxs “TBS Bank”ı guya universitetdə müxtəlif
vəzifələrdə çalışırmış kimi çaşdırıb və nəticədə qanunsuz olaraq
105 min lari kredit alıb”, - deyə qurumun məlumatında
bildirilir.
Saxlanılan şəxslərə külli miqdarda pul mənimsəmə, mənimsəməyə kömək
etmə və qanunsuz kredit qəbul etmə maddələri ilə ittiham irəli
sürülüb ki, bu da 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
Artıq prokurorluq həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı
məhkəməyə müraciət edib.
Mənbə:
Netgazeti