2004 kq dondurulmuş balığı Ermənistana qaytardıq - Gəlirlər Xidməti

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük-keçid məntəqəsində

Ermənistan Respublikasından gələn dondurulmuş balıqla yüklənmiş nəqliyyat vasitəsi saxlanılıb.

Gəlirlər Xidmətinin açıqlamasında qeyd olunduğu kimi, sərhəd-karantin nəzarəti prosedurları zamanı Gömrük İdarəsinin Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin baytar həkimləri tərəfindən yükün üzərində temperatur rejiminin pozulması faktı aşkar edilib.

Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, sözügedən yük (2004 kiloqram dondurulmuş balıq) ixracatçı ölkəyə qaytarılmalıdır.

Mənbə: BPN

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google