Marneulidə 9 oktyabr tarixikndə şərab festivalı keçiriləcək
Marneulidə 9 oktyabr tarixində şərab festivalı keçiriləcək. Yerli özünüidarədən bildirdiklərinə görə, tədbir Gürcüstan hökumətinin təşkilatçılığı ilə ölkənin müxtəlif bələdiyyələrində keçirilir.

Şərab festivalı 9 oktyabrdan 15 oktyabra qədər Gürcüstanın 25 şəhərini əhatə edəcək və tədbirlər Marneulidən başlayacaq. Tədbir bələdiyyənin “Yenə də böyüyəcəklər” mərkəzi parkının ərazisində keçiriləcək. Qeyd olunan tədbir pandemiyadan sonra bu il ilk dəfə baş tutacaq. Məkan
da bu il ilk dəfə dəyişdirilib.

Şərab festivalı Marneuli Mədəniyyət Mərkəzinin ərazisində keçirilirdi. Festivalda hər il gürcü şərabı, bal, pendir və başqa kənd təsərrüfatı məhsullarının sərgi-satışı keçirilir, üzüm sıxılır.

Əl işi olan əşyaların sərgi-satışı və gürcü cüdosu turniri baş tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები