Marneulili oxçu qızlar Batumi şəhərində keçirilən oxçuluq üzrə
sayca 27-ci Acarıstan beynəlxalq turnirində uğurla çıxış ediblər.
Marneuli İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə,
Marneulili qızlar komanda və fərdi yarışda qızıl medal
qazanıblar.
Komandalar üzrə birinci yeri Salome Xarşiladze və Tamta Naveriani
qazanıblar, fərdi yarışda
isə birinci yeri Tamta Naveriani
qazanıb.
Anaqi oxçuluq poliqonunda keçirilmiş oxçuluq üzrə sayca 27-ci
Acarıstan beynəlxalq turnirində Azərbaycan, Ermənistan, Qazaxıstan,
Özbəkistan, Latviya, Polşa, Lüksemburq, Gürcüstanın oxçuları və
fiziki imkanları məhdud oxçular iştirak ediblər.