Ukrayna HHQ: 26 kamikadze-dron vurulub
Ukraynanın cənub hissəsinə Rusiya Silahlı Qüvvələri tərəfindən edilən dron hücumları nəticəsində bu gecə saat 03:30-dan səhər saat 07:00-a qədər 15 ədəd “Shahed-136” dronu vurulub.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuriy İqnat milli telemarafonun efirində deyib.

İqnatın sözlərinə görə, dünən də 11 ədəd bu tip dronların vurulması barədə məlumat verilmişdi: “Dünən Ukraynanın

cənub istiqamətində 11 “Shahed-136” dronu vurulub və bu gecə səhərə qədər bu tip daha 15 dron məhv edilib. Ümumilikdə bu gün səhərə qədər 26 dron məhv edilib. Dronların vurulması üçün zenit-raket komplekslərindən və qırıcı təyyarələrdən də istifadə olunub”.


Həmçinin o da əlavə olunub ki, Ukrayna hərbçiləri dronların 75 faizini məhv edə bilib, belə ki, ölkənin cənub hissəsində qeydə alınan 136 drondan 100 dənəsi vurulub.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google