Marneuli Bələdiyyə Məclisi Aparatının yayımladığı məlumata görə,
Bələdiyyə Məclisinin iclası 20 oktyabr, saat 12-də
planlaşdırılır.
Bələdiyyə Məclisi bələdiyyənin nümayəndəlik orqanıdır və Gürcüstan
Üzvi Qanunu ilə “Yerli Özünüidarə Məcəlləsi”, həmin reqlamentlə
müəyyən edilmiş səlahiyyətlərə uyğun olaraq bələdiyyənin inkişaf
strategiyasını, əsas istiqamətləri, yerli özünüidarənin icra
orqanına, vəzifəli şəxslərin fəaliyyətinə nəzarət edir, yerli
əhəmiyyət daşıyan məsələlərlə bağlı qərar qəbul edir.
Bələdiyyə Məclisində iştirak etmək qaydası
1. Hər kəsin Bələdiyyə Məclisinin açıq iclaslarında iştirak
etmək hüququ var.
2. Bələdiyyə Məclisinin qapalı görüşündə Gürcüstan prezidenti,
Gürcüstan Parlamentinin üzvü, mer, Gürcüstan qanunvericiliyi ilə
müəyyən edilmiş hallarda Bələdiyyə Məclisində qeydiyyatdan keçmiş
lobbiçi, eləcə də həmin iclasa xüsusi dəvət olunmuş şəxslər iştirak
edə bilərlər. Bələdiyyə Məclisinin qapalı iclasında məsələnin
müzakirəsi zamanı iclas zalında qapı bağlanır.
3. Bələdiyyə Məclisi iclasında iştirak edən şəxslərin Bələdiyyə
Məclisinin üzvü üçün ayrılmış yerləri tutmaq hüququ yoxdur.
4. Bələdiyyə Məclisi iclası zamanı Bələdiyyə Məclisinin üzvləri və
dəvət edilmiş şəxslər qeyd olunan reqlamentlə müəyyən edilmiş
qaydalara əməl etməlidirlər.