Tramp prezidentliyə namizədliyini irəli sürmək üçün sənədlərini təqdim edib
Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün ölkənin ABŞ Federal Seçki Komissiyasının (FSK) ərizə yazıb.

Müvafiq sənəd FSK-nın saytında yerləşdirilib.

D.Tramp namizədliyini Respublikaçılar Partiyasından irəli sürülüb.

Yaxın vaxtlarda siyasətçi qərarını rəsmi
şəkildə elan edəcəyi bir müraciətlə çıxış edəcək.

Qeyd edək ki, 76 yaşlı Donald Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-ın 45-ci prezidenti olmuş amerikalı siyasətçi və biznesmendir.

Mənbə: İnterPressNews

Print
თეგები: Amerika Tramp