Algeti kəndində daxili yolların bərpası işləri başa çatıb.
Bu barədə məlumat Marneuli meriyasının “Facebook” səhifəsində
paylaşılıb.
Daxili yolların bərpası işləri meriyanın yerli büdcəsindən
maliyyələşdirilib.
Layihənin dəyəri 895 000 lari təşkil edib.
Məlumat üçün bildirək ki, 2022-ci il ərzində 23 kənddə daxili
yolların bərpası üçün layihələr həyata keçirilib. Ümumilikdə 28 000
metr uzunluğunda yol çəkilib.