2022-ci ilin 3-cü rübündə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz bəndi azalaraq 15,6 faiz
təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Onların hesabatlarına görə, 2022-ci ilin 3-cü rübündə əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 52 min nəfər
(6,0%) artaraq 913,8 min nəfərə, özünüməşğulluq fəaliyyəti ilə
məşğul olanların sayı isə bir neçə dəfə artıb. Həmin dövrdə
işsizlərin sayı 60,1 min nəfər (19,3%) azalaraq 250,7 min nəfər
olub.
“2022-ci ilin 3-cü rübündə əvvəlki rüblə müqayisədə muzdla
işləyənlərin sayı 45,9 min nəfər (5,3%), özünüməşğul əhalinin sayı
43,1 min nəfər (10,7%) artıb, işsizlərin sayı isə 30,8 min (11,0%)
azalıb.
2022-ci ilin 3-cü rübündə işçi qüvvəsində iştirak səviyyəsi (15 və
daha yuxarı yaşda olan əhalinin tərkibində işçi qüvvəsinin xüsusi
çəkisi) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz bəndi
artaraq 53,5 faizə, məşğulluq səviyyəsi isə 2,7 faiz bəndi artaraq
45,2 faiz təşkil edib.
Şəhər tipli qəsəbələrdə işçi qüvvəsinin iştirak səviyyəsi 1 faiz
bəndi azalmış, kənd tipli qəsəbələrdə isə 2,9 faiz bəndi artmışdır.
Məşğulluğun səviyyəsi həm şəhər tipli (1,8 faiz bəndi), həm də kənd
tipli (3,8 faiz bəndi) yaşayış məntəqələrində artaraq müvafiq
olaraq 45,4 faiz və 44,9 faiz təşkil etmişdir.
2022-ci ilin 3-cü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
ümumi muzdla çalışan işçilərin xüsusi çəkisi dəyişməyərək 67,3 faiz
təşkil edib.
2022-ci ilin 3-cü rübündə həm şəhər, həm də kənd yaşayış
məntəqələrində işsizliyin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə müvafiq olaraq 4,8 və 2,7 faiz bəndi azalmışdır.
Kişilər arasında işsizlik nisbəti ənənəvi olaraq qadınlardan daha
yüksəkdir. Cari ilin III rübündə əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə qeyd olunan göstərici qadınlarda 3,5 faiz bəndi,
kişilərdə isə 4,2 faiz bəndi azalmışdır.
Kişilər arasında işçi qüvvəsində iştirak nisbəti qadınlardan daha
yüksəkdir. Hesabat dövründə qeyd olunan göstərici qadınlarda 43,4
faiz, kişilərdə isə 65,3 faiz təşkil edib. Əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak
səviyyəsi 1 faiz bəndi, kişilər arasında isə 0,5 faiz bəndi
artmışdır.
2022-ci ilin 3-cü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
məşğulluğun səviyyəsi həm qadınlar, həm də kişilər üzrə müvafiq
olaraq 2,4 və 3,2 faiz bəndi artıb.