Laqodexidə baş verən yol qəzasında iki nəfər ölüb
Laqodexidə baş verən qəzada iki nəfər ölüb.

Hadisə gecə saatlarında Vardisubani kəndi yaxınlığında baş verib. 28 və 35 yaşlı kişilər avtomobillə
hərəkətdə olarkən sürücü sükanın idarəetməsini itirib, sürüşərək ağaca çırpılıb. Hər iki şəxs aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: İnterPressNews

Print
თეგები: Avtomobil Laqodexi ölüm Qəza