Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları “Sadaxlı”
gömrük-keçid məntəqəsində cinayətin qarşısını alıblar.
Gömrükçülər tərəfindən Ermənistan vətəndaşı A.S.-nin şübhə əsasında
həm fiziki, həm də ona məxsus baqajına gömrük baxışı nəticəsində
bəyan edilməmiş mallar, o cümlədən: külli miqdarda qızıl-zinət
əşyaları, 2490 ədəd müxtəlif ölçülü qiymətli daşlar və
mobil
telefon aşkar edilib.
Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 26561,18 lari təşkil
edib.
İş materialları müvafiq tədbirlər görülməsi üçün Maliyyə
Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.