Təmizlik xidməti budanmış ağaclardan əldə olunmuş odunu aztəminatlı ailələrə paylayacaq
Marneuli meriyası budanmış ağaclardan əldə olunmuş odunu aztəminatlı ailələrə verməyi planlaşdırır. Bu barədə “Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. O, qeyd etdi ki, onların xidmət işçiləri bir neçə gün əvvəl ağacları budamağa başlayıblar. Ancaq pis hava şəraitinə görə işlər dayandırılıb. Mumladzenin sözlərinə görə, budanmış ağaclardan əldə olunan odunu aztəminatlı ailələr ərizə əsasında alacaqlar.

“Havalar imkan vermir, indi işləmək təhlükəlidir. Havalar düzələn kimi hazırıq, 29 noyabrda başladıq, ancaq işi sona çatdıra bilmədik. Bir neçə ağac budandı və kəsilmədi. Ərizələr olur, yüksək balı olan aztəminatlı ailələr aparırlar”.

Leri Mumladzenin sözlərinə görə, neçə ailəyə odun verəcəklərini bilmirlər. Ancaq onun bildirdiyinə görə, 2021-ci ildə təxminən, 100 ailəyə budanmış ağaclardan əldə olunan odun veriblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google