2 dekabr tarixində Marneuli ərazisində buludlu hava
gözlənilir.
Gün ərzində bələdiyyənin bəzi ərazilərində ciskin hava müşahidə
ediləcək. Gündüz saatlarında Marneuli ərazisində mülayim cənub
küləyi əsəcək. Sinoptiklərin məlumatına görə, gecə saatlarında
bələdiyyədə yenidən yağış yağmağa başlayacaq.
Havanın temperaturu gündüz +5 dərəcə, gecə isə +3 dərəcə isti
olacaq.
Həftə sonu Marneuli ərazisində hava soyuq keçəcəyi gözlənilir. Belə
ki, 3
dekabr tarixində bələdiyyə ərazisində gündüz və gecə
satlarında yağış yağacaq. Havanın temperaturu gündüz +4 dərəcə,
gecə isə +3 dərəcə isti olacaq.
4 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +4 dərəcə,
gecə isə +1 dərəcə isti olacaq. Həmin günü yenə də yağışlı hava
müşahidə ediləcək. Bələdiyyənin bəzi dağlıq və ayrı-ayrı yerlərdə
sulu qar və qar yağacağı ehtimalı edilir.