Marneuli bələdiyyəsi miqyasında fəaliyyət göstərən uşaq
bağçalarında yeni il tətili 30 dekabrdan başlayacaq.
Marneuli Uşaq Bağçaları Birliyindən “Marneuli” radiosuna
bildirdilər ki, uşaq
bağçalarında yeni il tətili iki həftə davam
edəcək.
Təhsil müəssisələrində yeni il tətili 2023-cü ilin 15 yanvar
tarixində başa çatacaq.
Marneuli bələdiyyəsində ümumilikdə 14 bağça fəaliyyət göstərir.