Polşa Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin sağlamlığı
üçün mübarizəsini dayandırmayacaq.
Bunu Polşa seyminin vitse-spikeri Malqorzata Qosievska Polşanın PAP
nəşrinə açıqlamasında deyib. O, bildirib ki, Saakaşvilinin Polşada
müalicəsi üçün dəfələrlə müraciət edilib.
Saakaşvilinin dünyanın gözü qarşısında öldüyünü deyən vitse-spiker
buna görə Gürcüstan hökumətini ittiham edib.
O, əlavə edib ki, Polşa Prezideti Andjey Duda, Baş nazir Mateuş
Moravietski, həmçinin xarici işlər naziri Zbiqnev Rau da daxil
olmaqla, Polşanın hökumət nümayəndələri Gürcüstanla ikitərəfli
danışıqlar zamanı dəfələrlə Saakaşvilinin həbsi məsələsini
qaldırıb. O, əlavə edib ki, həm danışıqlar zamanı, həm də
məktublarla Gürcüstan tərəfinə Saakaşvilinin müalicəsi üçün Polşaya
aparılması təklif edilib, lakin buna icazə verilməyib.