NASA-nın işləməyən peyki planetin ətrafında 38 il dövr etdikdən
sonra Yerə düşüb.
“ERBS” kimi tanınan peyk 1984-cü ildə buraxılıb.
Peyk 2005-ci ilə qədər tədqiqatçılar üçün Yerin Günəşdən enerjini
necə udduğunu və yaydığını anlamağa kömək edib. O, Yerin
stratosferində ozon, su buxarı, azot dioksidi və aerozolların
konsentrasiyasını ölçüb.
ABŞ Müdafiə Nazirliyi “ERBS”nin bazar günü səhər
yerli vaxtla saat
23:04-də Berinq dənizi üzərindən Yerin atmosferinə daxil olduğunu
təsdiqləyib.
Peykin böyük hissəsinin atmosferdə yanması gözlənilirdi. NASA-nın
hesablamalarına görə, peykin Yerdəki infrastruktura ziyan vurma
riski çox aşağıdır. Peyk iki illik xidmət müddətini 21 il davam
etdirib.
Mənbə: report.az