“Vahid Milli Hərəkatın” sədr seçkilərində Levan Xabeişvili qalib
gəlib.
Xabeişvilinin qələbəsi ilə bağlı “Marneuli” radiosu VMH-ın Marneuli
Rayon təşkilatının nümayəndəsindən müsahibə alıb. Laşa Kveladze
bizimlə söhbəti zamanı bildirdi ki, Vahid Milli Hərəkatın
nümayəndələri partiya üçün mühüm qərar qəbul ediblər və
dəyişiklikləri dəstəkləyiblər.
“Vahid Milli Hərəkatın dəstəkçiləri partiya üçün çox mühüm qərar
qəbul ediblər və dəyişiklikləri dəstəkləyiblər,
bu hörmətə
layiqdir!
İndi danışmaq əvəzinə iş görmək zamanıdır. Mixeil Saakaşvilini
siyasi əsirlikdən azad etməliyik və bu müharibədə Marneuli mübarizə
avanqardında olacaq”, – VMH-nın Marneuli rayon Təşkilatının rəhbəri
Laşa Kveladze bildirdi.
Seçkilərdə Levan Xabeişvilinin qələbəsi barədə ilk şərhi Marneuli
Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat” partiyasından seçilmiş
üzvü Nərgiz Əliyeva şərh verdi. O, bildirdi ki, seçkilərdə Kvemo
Kartlidən, xüsusilə də Marneulidən böyük fəallıq göstərilib.
“Seçicilərin əksəriyyəti Levan Xabeişvilini dəstəklədi
və bu bugünkü nəticələrdə də özünü göstərdi. Əlbəttə, seçkilər
prosesində müəyyən çatışmazlıqlar da var idi. Bu qeydiyyat və
səsvermə prosesinə də aiddir. Amma biz mərkəzi, eləcə də yerli
ofisdə bu çatışmazlıqları aradan qaldırmaq üçün birlikdə
işləyirdik. Bizim yeni komandadan, yeni sədrdən böyük
gözləntilərimiz var. İlk növbədə, bizim məqsədimiz Mixeil
Saakaşvilini azad etməkdir. Xabeişvilinin əsas prioriteti və
strategiyası bugünkü hakimiyyətlə VMH-nın gücləndirilmiş
mübarizəsidir. Əsas məqsədə çatmaq mənbəyi isə gənclərin partiya
fəaliyyətinə maksimum qoşulmasıdır. Əlbəttə, bu seçkilərdə hamının
öz favorit namizədi var idi, ancaq bu demək deyil ki, biz birlikdə
işləməyəcəyik”.
Nərgiz Əliyeva “Vahid Milli Hərəkatın” Marneuli Rayon Təşkilatında
gözlənilən mümkün dəyişikliklərlə bağlı da danışdı və bildirdi ki,
dəyişikliklər tək Marneulidə deyil, bütün Gürcüstan miqyasında
olacaq.
“Rayon Təşkilatlarında problem yalnız Marneulidə deyil,
bütün Gürcüstanda idi. İnfrastruktur və menecment problemi hər
yerdə var idi. Özünüz də bilirsiniz ki, Marneulidə bu problemlərin
pik nöqtəsi idi, çünki Marneulidə menecment proseduru heç də yaxşı
səviyyədə deyildi. Mərkəzi, eləcə də Rayon Təşkilatlarında da
yenidən təşkilatlanma və dəyişikliklər olacaq. Bu gün Marneulidə
praktiki olaraq qərargah sədrimiz əhalini səfərbər edəcək, bizim
regionda dəyişiklik edəcək menecerlərimiz yoxdur. Mən düşünürəm ki,
bu problem həll olunacaq və yalnız Marneulidə deyil, bütün
Gürcüstanda bizim partiya yeni güc, köhnə dəstəkçilərlə birlikdə
ölkənin yaxşı gələcəyi üçün mübarizə
aparacaq”.
“Marneuli” radiosunun Rayon Təşkilatına rəhbər olmağı
planlaşdırıb-planlaşdırmaması ilə bağlı sualına cavab olaraq Nərgiz
Əliyevanın bildirdi ki, indiki mərhələdə onun heç bir ambisiyası
yoxdur. Eləcə də qeyd etdi ki, o, bu mövzuda hələ heç nə deyə
bilməz, ancaq hər şey mümkündür.
Digər namizədlər artıq Levan Xabeişvilini partiya sədri
seçkilərində qalib gəlməsi münasbiətilə təbrik ediblər.
“Vahid Milli Hərəkatın “ sədr seçkilərinin nəticələrini sizə təqdim
edirik:
- Nona Mamulaşvili-1537 səs,
3,73%;
- Nika Melia – 16476 səs, 40%;
- Qiorqi Mumladze -1516 səs,
3.68%;
- Levan Xabeişvili -21636 səs,
52,58%.