Bu gün, 30 yanvar tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
baş tutub. İclasda 2023-cü ilin yerli büdcəsi 67 214 900 lari
müəyyən edilib.
Qeyd olunan məbləğ əvvəlki illərin büdcəsindən kifayət qədər
çoxdur. Yol infrastrukturu, su sistemlərinin inkişafı, küçə
işıqları, bələdiyyə nəqliyyatının inkişafı, qəzalı vəziyyətdə olan
bina və evlərin bərpası, bayram tədbirləri, idman müəssisələrinə
dəstək – bunlar Marneulinin
2023-cü il büdcəsinin xərclənəcəyi
istiqamətlərdir.
Bələdiyyə Məclisinin 30 yanvar tarixində baş tutan iclasında maddi
aktiv və öhdəliklərdə dəyişikliklər ilə əlaqədar meriyanın Maliyyə
Büdcə Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Maia Naveriani
danışıb.
“Yolların təmiri 197 714 lari, yolların tikintisi və
bərpası 2 115 479 lari, içməli su sistemi istismarı qeyri-maddi
aktivlərin 61 000 lari artırılması, içməli su sisteminin tikinti və
bərpası, qeyri-maddi aktivlərin 2 7070 822 lari artırılması,
həmçinin, öhdəliklərin 608 322 lari azaldılması, həmçinin, suvarma
kanalları, sahil bərkitmə tikililərinin quraşdırılması-bərpası üçün
85 310 lari, küçə işıqlarının yeni nöqtələrinin quraşdırılması üçün
6 318 lari, idman obyektlərinin təchizatı, bərpası, tikintisi üçün
205 521 lari nəzərdə tutulub”.
Büdcənin ətraflı müzakirəsini buradan dinləyə bilərsiniz:
Bələdiyyə Məclisinin iclasında gündəliklə nəzərdə tutulmuş 6 məsələ
müzakirə olunub. Həmçinin, Marneuli meriyasında əmək müqaviləsi ilə
işlə təmin olunmuş şəxslərin sayı və onların əməkhaqqı razılaşması
ilə bağlı Gürcüstan dövlət büdcəsi ilə nəzərdə tutulmuş Gürcüstan
Regionların Həyata Keçiriləcək Layihələr Fondundan
maliyyələşdiriləcək layihələr, sosial məsələlər haqqında müzakirə
aparılıb.