Üç Marneulili boksçu Gürcüstan çempionatında uğurla mübarizə
aparıb. Marneuli İdman Məktəbinin yayımladığı məlumata görə,
Batumidə keçirilən Gürcüstan çempionatında İdman Məktəbinin 9
boksçusu iştirak edib.
“Cari ilin 30 yanvarından 4 fevral tarixinə qədər Batumi şəhərində
gənc və böyük yaşlı boksçular arasında Gürcüstan çempionatı
keçirilib. Çempionatda Marneuli İdman Məktəbinin boksçuları üç
medal qazanıblar.
Marneuli İdman Məktəbi boksçuları qazandığı uğurlara görə təbrik
edir”, – Marneuli İdman Məktəbinin məlumatında qeyd
olunub.
Otar Naveriani 75 kiloqram çəki dərəcəsində birinci yeri tutub.
Qiorqi Jorjoliani 71 kiloqram çəki dərəcəsində ikinci yerə çıxıb,
Uça Jorjoliani isə 63,5 kiloqram çəki dərəcəsində üçüncü yeri
tutub.
Batumidə keçirilən Gürcüstan çempionatında medal qazanan hər üç
idmançının şəxsi məşqçisi Zurab Muşkutianidir.